İstanbulda üçmərtəbəli binanın çökmə anı
02.06.2024 [12:57]
İstanbulda üçmərtəbəli yaşayış binası çöküb, Hadisə şəhərin Küçükçükmece rayonunda baş verib. Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb.
AZƏRTAC xəbər verir ki, indiyədək 7 nəfər yaralı olaraq xilas edilib. Onlardan 2-nin vəziyyəti ağırdır.