Çinin kosmik aparatı Ayın görünməyən tərəfində süxur nümunələri toplayıb
04.06.2024 [12:11]
Xəbərin mətni
Çinin “Çanye-6” avtomatik enib-qalxma modulu Ayın səthindən topladığı süxur nümunələri ilə birlikdə Pekin vaxtilə iyunun 4-ü saat 07:38-də Yerin təbii peykinin səthindən qalxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Kosmos Administrasiyası (CNSA) məlumat yayıb. Bildirilir ki, modul 6 dəqiqəlik uçuşdan sonra Ayın orbitinə daxil olub. O, “Çanye-6” kosmik cihazı ilə birləşdikdən sonra Yerə doğru hərəkət edəcək. Bu, bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən ilk süxur toplama missiyasıdır. Bundan sonra “Çanye-6” missiyası topladığı süxur nümunələrini Yerə gətirməlidir.