Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub

04.06.2024 [13:26]

Xəbərin mətni

Türkiyənin Kayseri vilayətində ölkənin Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin iki pilotu həlak olub. AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib. Məlumata əsasən, Türkiyənin 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim uçuşu üçün havaya qalxan təyyarə naməlum səbəbdən qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır.