Peter Siyarto Avropa İttifaqının əsas prioritetlərini açıqlayıb
05.06.2024 [14:33]
Xəbərin mətni
Avropa İttifaqının sədri kimi 3 prioritetimiz var. İttifaqa uzun illərdir üzv olmaq istəyənləri cəlb etməyi, enerji təhlükəsizliyinin daha da dərinləşdirilməsini və Avropa İttifaqında rəqabətə davamlılığı planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.