SİYASƏT
Peter Siyarto: Avropa Sülh Fondundan Ermənistana yardım göstəriləcəksə, Azərbaycana da edilməlidir
05.06.2024 [14:48]
Xəbərin mətni
Macarıstan iyulun 1-dən Avropa İttifaqının sədri kimi fəaliyyət göstərəcək. Çalışacağıq ki, dövlətlər arasında sülh və əməkdaşlıq hökm sürsün.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.