Hakan Fidan Çinin Sincan Uyğur muxtar bölgəsini ziyarət edib
05.06.2024 [15:46]
Xəbərin mətni
Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikasına səfəri çərçivəsində Sincan Uyğur muxtar bölgəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Kaşqar və Urumçi şəhərlərində olan türkiyəli nazir burada Sincan Uyğur Muxtar Rayonunun partiya katibi Ma Sinruy və muxtar rayon hökumətinin rəhbəri Erkin Tuniyaz ilə görüşüb.