SİYASƏT
Prezident Vladimir Putin: Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük tələbat yarana bilər
05.06.2024 [23:37]
Xəbərin mətni
Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinə çox böyük tələbat yarana bilər.
AZƏRTAC xəbər verir ki, bu fikri iyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.
Prezident Putin deyib: “Şimal-Cənub dəhlizinə gəldikdə, o, çox yaxşı, tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər ki, buradan da yüklər sizin və mənim olduğumuz yerdən - Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək”.