SİYASƏT
Bakıda TÜRKPA Şurasının 13-cü iclası keçirilib
06.06.2024 [20:59]
Xəbərin mətni
İyunun 6-da Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 13-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş iclası açaraq Türk əməkdaşlıq qurumları arasında xüsusi yerə malik olan TÜRKPA-nın gündən-günə böyüməkdə və inkişaf etməkdə olduğunu deyib.