MƏDƏNİYYƏT


İsveç-Azərbaycan Assosiasiyası Stokholmda konsert təşkil edib

Stokholmdakı Müqəddəs Mikayıl kilsəsində (Mikaelikyrkan) Skarholmen bələdiyyəsi administrasiyasının dəstəyi ilə SAF İsveç-Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunmuş “Təmiz ətraf mühit – hər kəs üçün sevincdir” adlı konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Assosiasiyanın sədri Sevda Dadaşova salamlama nitqində iqlim dəyişmələrinin qlobal nəticələri və cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı haqqında danışıb.