CƏMİYYƏT


Bakıda COP29 ərəfəsində “Xəzər Mavi Üfüqlər” adlı ilk seminar keçirilir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı), ADA Universiteti və IDEA İctimai Birliyi 1-ci “Xəzər Mavi Üfüqlər” seminarının birgə keçirilməsini elan edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən dəstəklənən bu təşəbbüs Xəzər dənizi regionunda ekoloji problemlərin həlli üçün qlobal miqyasda maraqlı tərəfləri bir araya gətirmək məqsədi daşıyır.