Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan UNESCO-da Beynəlxalq Çay Günündə təmsil olunub

11.06.2024 [13:23]

Xəbərin mətni

UNESCO-nun mənzil qərargahında qurumun çay istehsal edən üzv ölkələrinin daimi nümayəndəliklərinin iştirakı ilə Beynəlxalq Çay Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın stendi Fransadakı səfirliyimizin dəstəyi ilə Fransa-Azərbaycan Dialoqu və Toğrul Nərimanbəyov adına assosiasiyalar tərəfindən təşkil edilib.