DÜNYA


Ermənistan parlamentinin binası önündəki toqquşmalarda 101 nəfər yaralanıb

Çərşənbə günü axşam saatlarında Ermənistan parlamentinin binası yaxınlığında baş verən toqquşmalarda 101 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yaralılar arasında etirazçılarla yanaşı, polis əməkdaşlarının da olduğu bildirilir. 85 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalanları xəstəxanaya yerləşdirilib.