DÜNYA
Çində torpaq sürüşmələrində 21 nəfər itkin düşüb, 9 nəfər ölüb
18.06.2024 [15:04]
Çində şiddətli yağışlar səbəbindən baş verən torpaq sürüşmələrində 21 nəfər itkin düşüb, 9 nəfər ölüb. AZƏRTAC xəbər verir ki, ölkənin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunun Çanci şəhərində baş verən sürüşmədə 4 nəfər itkin düşüb. Yeri fövqəladə hallarla mübarizə departamentinin məlumatına əsasən sürüşmə nəticəsində bir neçə avtomobil torpaq axını altında qalıb. Axtarış-xilasetmə işləri zamanı avtomobildə qalanlar xilas edilsə də, 4 nəfərin taleyindən xəbər yoxdur.