SİYASƏT


Hikmət Hacıyev: Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir

Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan tərəfindən məqsədyönlü şəkildə yalnız hərbi təyinatlı deyil, müharibədən sonra Azərbaycanın bərpa və quruculuq işlərinə xələl gətirmək, onların sürətini azaltmaq və ləngitmək, həmçinin mülki Azərbaycan insanına qarşı maksimum xətər yetirmək məqsədilə minalardan geniş şəkildə istifadə edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.