Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda müstəmləkəçiliyə dair beynəlxalq konfrans keçirib

21.06.2024 [11:33]

Xəbərin mətni

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, konfransda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda, El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya, Fələstin və Qəmər Adaları İttifaqının BMT-dəki Daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.

Bölmənin digər videoları