Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada Çağacıq çay daşıb, körpüyə və evlərə ziyan dəyib

21.06.2024 [20:15]

Güclü leysan yağışları nəticəsində Cağacıq çayında yaranan sel suları məcrasından çıxaraq Qubanın Rustov kəndində evlərin həyətlərinə dolub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları çayın üzərindəki körpülərdən birinə ziyan vurub. Rustov kəndindəki fərdi yaşayış evləri ilə yanaşı təsərrüfatlara da ziyan dəyib.
Sel nəticəsində yaranan fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumları fəaliyyətə başlayıb.