DÜNYA


Çində leysan səbəbindən 38 nəfər ölüb, 2 nəfər itkin düşüb

Çinin cənubundakı Quandon əyalətinin Pinyuan rayonunda şiddətli yağışların yaratdığı fəsadlar səbəbindən 38 nəfər ölüb, 2 nəfər itkin düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarəedilməsi mərkəzi açıqlama yayıb. İtkin düşənlərin axtarışları zamanı bir neçə nəfərin meyiti tapılıb. Bölgədə iyunun 15-dən başlayan şiddətli yağışlar torpaq sürüşməsi, daşqın, sel kimi fəsadlara səbəb olub.