Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Ayın görünməyən tərəfindən Yerə ilk dəfə torpaq gətirilib

25.06.2024 [16:54]

Xəbərin mətni

İyunun 25-də səhər saatlarında Çinin “Change-6” Ay zondu planetimizin təbii peykinin görünməyən tərəfindən toplanan torpaq nümunələrini Yerə çatdırıb.
AZƏRTAC xəbər verir ki, zonddan paraşütlə atılan kapsul ÇXR-in Daxili Monqolustan əyalətində yerə enib. Ayın görünməyən tərəfindən toplanan torpaq nümunələrinin Yerə çatdırılması tarixdə ilk dəfədir baş tutur.