Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib
26.06.2024 [16:06]
Xəbərin mətni
Azərbaycanın şimal-qərb bölgəsinə daxil olan rayonlarda iyunun 26-da səhər saatlarından etibarən hava şəraiti yenidən kəskin dəyişib.
AZƏRTAC xəbər verir ki, bölgənin əksər ərazilərində leysan yağışları müşahidə edilib. Lakin Qəbələ rayon ərazisində güclü küləklə müşayiət olunan leysan yağışları bir sıra fəsadlar törədib. Belə ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələdən keçən hissəsində küləyin təsirindən irigövdəli ağaclar yola aşıb. Bu səbəbdən bir müddət avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.