DÜNYA
Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır
28.06.2024 [15:43]
Xəbərin mətni
Çinin “Çanye-6” zondunun Ayın görünməyən tərəfindən topladığı və iyunun 25-də Yerə çatdırdığı süxur nümunələrinin çəkisi 1,935 kiloqramdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Milli Kosmos Administrasiyası açıqlama yayıb.
Süxur nümunələri Pekində keçirilən xüsusi mərasimdə araşdırma üçün elm qurumlarına təqdim olunub. Bu süxur nümunələri Ayın geoloji təkamül tarixinin daha dolğun öyrənilməsinə kömək edəcək.