DÜNYA


İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir

İranda keçirilən növbədənkənar prezident seçkilərində islahatçı Məsud Pezeşkiyan mühafizəkarlar qanadın namizədi Səid Cəlilidən önə keçərək liderlik edir.
AZƏRTAC İran mediasına istinadla xəbər verir ki, indiyədək ümumilikdə 14 milyon 70 mindən çox səs hesablanıb. Seçki komissiyasının son məlumatına görə, Məsud Pezeşkiyan 5 milyon 955 min 781 səs toplayıb. Onun əsas rəqibləri Səid Cəlili 5 milyon 560 min 321, Məhəmməd Qalibaf isə 1 milyon 891 min 381 səslə müvafiq olaraq ikinci və üçüncü yerdədir.