DÜNYA


Çinin qədim çay ənənəsi

Çin çayının tarixi ilə bağlı müxtəlif əfsanələr var. Bunlardan biri də təxminən 3 min il bundan əvvəl yaşamış imperator Şen Nunun adı ilə bağlıdır. Deyilənə görə, təsadüfən qaynar suyun içərisinə düşən çay yarpaqlarının dadı çıxmış suyu içən əlahəzrət onu çox bəyənib. Hətta o qədər xoşuna gəlib ki, sonralar onu gündəlik menyusuna daxil edib. Əvvəllər çaydan yalnız dərman vasitəsi kimi istifadə olunmasına dair məlumatlar da var. Çayın insan orqanizminə çox faydalı olması onu, ancaq varlıların əldə edə biləcəyi bahalı içki növünə çevirmişdi. Hazırda Çində ucsuz-bucaqsız, sayı bilinməyən çay tarlaları var. Həmin plantasiyalarda il ərzində milyonlarla ton çay yetişdirilir.