DÜNYA


Fransada seçkilərdən sonra etiraz aksiyaları başlayıb

Fransanın paytaxtı Parisdə parlament seçkilərinin ilk nəticələrinin elan edilməsindən sonra başlayan nümayişdə “Qara blok” hərəkatının radikalları kafelərin vitrinlərini sındırmağa və zibil qutularını yandırmağa başlayıblar. Hadisələr ötən gün parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Əraziyə polis əməkdaşları göndərilib. Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər.