Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

"GÜNÜN MÖVZUSU": Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

01.07.2024 [18:01]

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək. Günün ilk qarşılaşması Fransa və Belçika yığmaları arasında olacaq. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mövzunu studiyamızın qonağı şərhçi Gündüz Abbaszadə ilə müzakirə etdik.