İDMAN


Avropa çempionu olan millimiz Vətənə dönüb

Serbiyada təşkil olunan U-17 Avropa çempionatında uğur qazanan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə dönüb. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri iştirak edib. Novi Sadda keçirilən yarışda 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan sərbəst güləş millimiz yekunda 160 xal toplayaraq komanda hesabında çempion olub.