İDMAN


Avro-2024: Türkiyə millisi bu gün Avstriya ilə qarşılaşacaq

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, günün ilk oyunu Rumıniya və Niderland komandaları arasında olacaq. Münxen şəhərində yerləşən "Alyans Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Günün ikinci matçında Türkiyə və Avstriya yığmaları üz-üzə gələcək. Leyptsiq şəhərindəki "Red Bull Arena"da baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə, İspaniya , Fransa və Portuqaliya kollektivləri 1/4 finala adlayıblar.