DÜNYA


Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

İyulun 2-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin Qazaxıstana dövlət səfəri başlayıb.
AZƏRTAC Çin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, Çin Liderini Astana beynəlxalq hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
ÇXR Sədri iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısında da iştirak edəcək. Tədbirə təşkilatın üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaş olan ölkələrin liderləri, habelə BMT-nin Baş katibi Antonio Quterreş, digər beynəlxalq və regional təşkilatların rəhbərləri qatılacaqlar.