DÜNYA


Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib

Çin ərazisində ən uzun çay olan Yantzının müxtəlif hissələrində suyun səviyyəsi təhlükəli həddi keçib.
AZƏRTAC xəbər verir ki, son günlər yağan şiddətli yağışlar səbəbindən Yantzı çayının Hubey əyalətindən keçən hissəsində suyun səviyyəsi 27,3 metrə çatıb. Qarşıdakı günlərdə yağışların davam edəcəyi, nəticədə çayda suyun səviyyəsinin daha da qalxması, yaşayış məntəqələrini və əkin sahələrini su basması ehtimalı yüksəkdir. Bu səbəbdən çay kənarındakı bəndlərə nəzarət üçün 14 mindən çox adam cəlb olunub.