MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var
02.07.2024 [17:27]
Xəbərin mətni
Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 2-də keçirilən iclasında söyləyib.
MSK sədri bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdəki və Naxçıvandakı seçki məntəqələrinin təchizatla təmin olunması, bütün tələblərə cavab verməsi diqqətdə saxlanılmalıdır.