İDMAN


AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb

Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) yaradılmasının 100 illik yubileyi və 2 İyul - Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AİJA prezidenti Eldar İsmayılov Azərbaycanın AIPS-in fəaliyyətindəki rolundan bəhs edib, idman jurnalistlərindən ibarət futbol komandasının Beynəlxalq Media Kubokundakı qələbəsini xüsusi vurğulayıb.
İdman jurnalistlərini əlamətdar gün münasibətilə təbrik edən Eldar İsmayılov daha sonra 2023-cü ildə fərqlənən media qurumlarını və nümayəndələrini mükafatlandırıb. Laureatlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də yer alıb. Belə ki, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” adına layiq görülüb.