İDMAN


Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular

"Futbolçularım komanda ruhunu ortaya qoydular".
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avropa çempionatının 1/8 final mərhələsində Avstriya seçməsinə 2:1 hesabı ilə qalib gələrək növbəti tura vəsiqə qazanmaları barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis Avstriya üzərindəki qələbənin tarixə nəticə olduğunu bildirib: "Çox yorğunuq. Bu matç bizim üçün vacib idi. Bəlkə də ilk oyunlarda komanda oyununu meydanda nümayiş etdirə bilmirdik. Lakin sonadək döyüşdük. Bu qələbə kollektivə əlavə ruh gətirdi. Niderlandla dörd gün sonra üz-üzə gələcəyik. Onlar güclüdür, lakin bizim də ürəklə mübarizə aparan komandamız var".
Qeyd edək ki, Türkiyə millisi 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşacaq.