Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə - Avstriya oyununun ən yaxşı futbolçusu - Merih Demiral

03.07.2024 [11:26]

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Türkiyə və Avstriya yığmaları arasında 1/8 final oyununun (2:1) ən yaxşı futbolçusu Merih Demiral mətbuata danışıb. O, növbəti Türkiyə-Niderland oyununa ən yaxşı formada hazırlaşdıqlarını deyib.