DÜNYA
Leyboristlər Partiyasının lideri parlament seçkilərində səs verib
04.07.2024 [15:04]
yulun 4-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, Leyboristlər Partiyasının lideri Keir Starmer bu gün yerli vaxtla səhər saat 9:30 radələrində Londonda “Willingham Close” seçki məntəqəsində səs verib. O, səsverməyə həyat yoldaşı Viktoriya ilə gəlib.
Qeyd edək ki, seçkilərin nəticələri axşam saat 23:30 radələrindən etibarən məlum olmağa başlayacaq. İlkin nəticələrin isə cümə günü təxminən saat 6:30 radələrində açıqlanması proqnozlaşdırılır.
Altı həftəlik ümumi seçki kampaniyası boyunca keçirilən sorğu-anketlərə görə, Leyboristlər Partiyasının qələbə qazanması yüksək ehtimallar arasındadır. Bəzi anketlərə görə Keir Starmer 1997-ci ildə qələbə çalan və Mühafizəkarlar Partiyasının 18 illik hakimiyyətinə son qoyan Leybortislərin lideri Toni Bleyerdən də daha yüksək nəticə əldə edə bilər.
Qeyd edək ki, 2019-cu ildə keçirilən son seçkilərdə seçici fəallığı 67,3 faiz olub.