RƏSMİ


Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlandı, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edildi.