DÜNYA


Keir Starmer: İşimiz təcilidir və biz elə bu gün işə başlayırıq

Leyboristlər Partiyasının lideri Keir Starmer Baş nazir kimi “10 Downing Street”də ilk çıxışını edib. AZƏRTAC xəbər verir ki, o, Kral III Çarlzla görüşdükdən sonra Baş nazirliyin ofisinə gəlib və xalqa ilk dəfə Baş nazir kimi müraciət edib. Keir Starmer çıxışının əvvəlində Rişi Sunaka təşəkkürünü bildirib, onun Britaniyadan olan ilk asiyalı Baş nazir kimi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, indi xalq dəyişikliyə və siyasətin dövlət qulluğuna qaytarılmasına səs verib. Yeni lider ölkənin xidmət infrastrukturunu kərpic-kərpic yenidən quracağını vəd edib. “İşimiz təcilidir və biz elə bu gün işə başlayırıq”, - deyə yeni Baş nazir bildirib.