Çində tornado: 5 nəfər ölüb, 88 nəfər xəsarət alıb
06.07.2024 [17:36]
Çinin Şandon əyalətində iyulun 5-də baş verən tornado 5 nəfərin ölümünə, 88 nəfərin müxtəlif dərəcədə bədən xəsarətləri almasına səbəb olub. Əyalətin fövqəladə hallarla mübarizə departamentinin məlumatına əsasən, təbii fəlakət Donmin rayonunun Çayyuanci və Şavo qəsəbələrində günortadan sonra baş verib. Tornado qəsəbələrdə fərdi evlərə və infrastruktura da ziyan vurub. Hazırda təbii fəlakətin nəticələri aradan qaldırılır, dəymiş ziyan hesablanır.