SİYASƏT


Özbəkistan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri iyulun 6-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.