“Airbus”ın Çindəki müəssisəsində 700-cü “A320” təyyarəsi istehsal olunub
09.07.2024 [19:43]
Xəbərin mətni
“Airbus” korporasiyasının Çinin Tiencin şəhərindəki müəssisəsində “A320” ailəsindən 700-cü təyyarə istehsal olunub. AZƏRTAC şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, 180 sərnişin yerlik “A320neo” Çinin “Chengdu Airlines” aviasiya şirkətinə təhvil verilib. “Airbus”ın vitse-prezidenti Corc Su bildirib ki, Tiencində yığılan 700-cü “A320” təyyarəsinin tədarükü Çindəki müəssisənin şirkətin “Airbus A320” ailəsinin qlobal genişləndirilməsi planına böyük dəstəyidir.