Hindistanda avtobus qəzası nəticəsində 18 nəfər həlak olub
10.07.2024 [10:38]
Xəbərin mətni
Hindistanın Uttar-Pradeş ştatında baş vermiş avtobus qəzası nəticəsində 18 nəfər həlak olub.
AZƏRTAC “Times of India” saytına istinadla xəbər verir ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd gətirən maşına çırpılıb. Məlumata görə, avtobusda 50 nəfər olub.