DÜNYA


Konfutsinin vətənində 10-cu Nişan Sivilizasiyalar Forumu keçirilir

Çin filosofu və mütəfəkkiri Konfutsinin vətəni hesab olunan Çüfu şəhərində 10-cu Nişan Dünya Sivilizasiyalar Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, “Ənənəvi mədəniyyət və müasir sivilizasiya” mövzusunda keçirilən foruma dünyanın 63 ölkəsindən dövlət rəsmiləri, alimlər, mədəniyyət xadimləri, diplomatlar, jurnalistlər qatılıb. Çinin Mədəniyyət və Turizm Nazirliyinin, Çin İctimai Elmlər Akademiyasının, Beynəlxalq Konfutsi Assosiasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkil etdiyi tədbir Çüfu şəhərində Nişan dağının ətəyindəki “Konfutsi dünyası” mədəniyyət mərkəzində keçirilir.