Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kapoeyra idman növünün sirləri - REPORTAJ

10.07.2024 [19:18]

Kapoeyra Brazilya əsilli idman növüdür. Brazilyada yaşayan Afrika əsilli kölələrin özlərini müdafiə üçün təkmilləşdirdiyi bu idman növü dünyanın 120 yaxın ölkəsində mövcuddur. Bu oyun əsasən təpik vuruşların edildiyi qədim döyüş sənətlərindəndir. Rəqsə hərəkətləri ilə akrobatik elementlər birləşir, hərəkət rəqiblər arasında oyun şəklində baş verir, bütün bunlar isə Braziliya melodiyalarının sədası altında baş verir.