Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda şaftalı yığımına başlanılıb

11.07.2024 [21:26]

Xəbərin mətni

Xaçmazlı təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Hazırda bağlardan şaftalının “Zalatoy” və “Fədai” kimi tezyetişən sortları yığılır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin satış qiyməti də təsərrüfatçıları qane edir. Şaftalının bir kiloqramı 70 qəpik - 1,5 manata satılır.