Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Dahi Çin mütəfəkkiri və filosofu Konfutsinin vətəni Çüfu

12.07.2024 [15:10]

Xəbərin mətni

Çinin Şandon əyalətində Ni dağının ətəklərində yerləşən Çüfu 650 minlik əhalisi ilə elə də böyük şəhər deyil. Amma bu şəhəri dünyaya tanıdan olduqca xüsusi bir məqam var. Belə ki, dahi Çin filosofu və mütəfəkkiri Konfutsi məhz Çüfu şəhərində yaşayıb-yaradıb, bu şəhərdə dəfn olunub.