Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigeriyada məktəb binası uçub - ölənlər var

13.07.2024 [10:48]

Nigeriyanın mərkəzində məktəb binasının bir hissəsinin dərs zamanı uçması nəticəsində ölən şagirdlərin sayı artıb. 21 şagird həyatını itirib, çox sayda məktəbli isə yaralanıb. Hadisə yerində xilasetmə qrupları və hərbçilər işləyir.