Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə xalqının qəhrəmanlıq abidəsi -“15 Temmuz xatirə” muzey-kompleksindən REPORTAJ

15.07.2024 [11:12]

Xəbərin mətni

2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən səkkiz il ötür. Türkiyə xalqının birliyi kimi tarixə düşən həmin gecə türklər Vətəni qorumaq üçün Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında toplaşaraq, sözün əsl mənasında, dövlət üçün özlərini sipər etdilər.
Ümumiyyətlə, tarixin bütün dövrlərində harada yaşamasında asılı olmayaraq, türklərin əsas həyat fəlsəfəsi dövlətçilik olub. Əsrlər boyu bu prinsiplə yaşamağın Türk millətinə verdiyi ən üstün cəhət isə torpaq, bayraq, Vətən sevgisidir. Həmin gecə Türkiyədə baş verənlərə qarşı xalqın ayağa qalxması da məhz bu xüsusiyyətin özünü büruzə verməsi idi.