Aygün Əliyeva: Müsabiqəyə təqdim edilən layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır
15.07.2024 [18:15]
Xəbərin mətni
“COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilərlər. Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir. Həmçinin koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır. Bir QHT yalnız bir koalisiyada təmsil oluna bilər.
AZƏRTAC xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi ilə əlaqədar keçirilən brifinqdə deyib.