Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdmançılarımızın “Paris-2024” Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilib

15.07.2024 [21:30]

Xəbərin mətni

Tədbirdə çıxış edən  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə  Paris-2024 Yay Oyunlarına lisenziya qazanan idmançılara uğurlar arzulayıb.  Qeyd edək ki, İyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Qeyd edək ki, Paris Yay Olimpiya oyunlarında İdmançılarımız ən çox güləş idman növündə təmsil olunur.