Azərbaycan idmançılarının Paris Olimpiadasına yolasalma mərasimi keçirilib
17.07.2024 [21:30]
"Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının yolasalma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan gənclər və idman naziri Fərid Qayıbov idmançıların ilk dəfə Olimpiadaya suveren, ərazi bütövlüyü bərpa olunmuş ölkənin təmsilçiləri kimi yollanacağını bildirib.