Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib
18.07.2024 [10:29]
Xəbərin mətni
Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və palçıq axını səbəbindən bölgədən keçməli olan 163 sərnişin qatarının səfərləri ləğv edilib. AZƏRTAC Çinin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyinə istinadla xəbər verir ki, Hınan əyalətində şiddətli yağışların fəsadlarının aradan qaldırılmasına, sakinlərin xilasına və təxliyəsinə xeyli sayda canlı qüvvə və texnika cəlb olunub. Əyalət üzrə 548 nəfər təxliyə edilib.