Fuad Çıraqov: Ölkə başçısının “Avropa Siyasi Birliyi”də iştirakı Azərbaycanın strateji əhəmiyyətinin göstəricisidir
18.07.2024 [16:41]
“Avropa Siyasi Birliyi”nə Azərbaycanın dəvət edilməsi və ölkə başçımızın burada diqqət mərkəzində olması hesab edirəm ki, təsadüfi deyil. Bu Azərbaycanın yeritdiyi xarici siyasətin nəticəsidir, Azərbaycanın strateji əhəmiyyətinin artmasının göstəricisidir. Bu fikirləri politoloq Fuad Çıraqov AZƏRTAC-a açıqlamasında deyib.